Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında Sevastopol Dövlət Radiosunun «Qobustan» proqramının rəhbəri Həbib Əliyevlə görüş keçirilib

 «Tanıyaq, tanıdaq» layihəsi çərçivəsində ikinci tədbir

Bu gün Azərbaycan Mətbuat Şurasının «Tanıyaq, tanıdaq» layihəsi çərçivəsində Ukraynanın Sevastopol Dövlət Radiosunda Azərbaycanla bağlı yayımlanan «Qobustan» proqramının rəhbəri Həbib Əliyevlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, H.Əliyevlə görüş Şuranın «Tanıyaq, tanıdaq» layihəsi çərçivəsində baş tutan sayca ikinci tədbirdir. Şuranın Beynəlxalq münasibətlər komissiyası tərəfindən gerçəkləşdirilən mövcud təşəbbüsdən məqsəd xarici ölkələrdə Azərbaycanı tanıdan həmvətənlərimizin həyat yolu və fəaliyyəti barədə ölkə mediasını və ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir.

Ə.Amaşov H.Əliyevin 1997-ci ildən Ukraynanın Sevastopol Dövlət Radiosunda fəaliyyət göstərdiyini, bu müddətdə Azərbaycanla bağlı yüzlərlə material hazırlayaraq Ukrayna ictimaiyyətinə təqdim etdiyini vurğulayıb. «Həbib müəllim həmin materiallarda Azərbaycan həqiqətlərini Ukrayna cəmiyyətinə çatdırıb. Eyni zamanda bu işə ölkəmizlə bağlı reallıqların dünyaya tanıdılmasında problemlərin yaşandığı bir vaxtda başlayıb. Mətbuat Şurası bütün bunları nəzərə alaraq Həbib Əliyevi özünün diplomu ilə təltif etmək qərarına gəlib», - deyən Ə.Amaşov Şuranın plaketini H.Əliyevə təqdim edib.

MŞ-nin beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, xarici ölkələrdə bütün sahələrdə çalışan soydaşlıramızın uğuru sevindirici haldır. «Bu adamlar vətənlərində fəaliyyətlərinə maraq və diqqət görəndə sevinirlər. MŞ də məhz bunu əsas götürərək «Tanıyaq tanıdaq» layihənin icrasına başlayıb. Hesab edirəm ki, kütləvi informasiya vasitələrinin fəal dəstəyi ilə biz belə həmvətənlərimizi daha yaxından tanıtdıracağıq. Bu mənada Həbib Əliyevlə tanışlığımızın da müsbət nəticələr verəcəyinə inanıram”.

Tədbirdə çıxış edənlərdən MŞ İdarə Heyəti üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları Həbib Əliyevin uzun müddətdən bəri qərib ölkədə Azərbaycanı tanıtdırmaq kimi mühüm missiya yerinə yetirdiyini vurğulayaraq keçirilən görüşün onun əməyinə qiymət mənasında əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

Sonda çıxış edən Həbib Əliyev həyat və fəaliyyəti barədə geniş söhbət açıb. O, tədbir iştirakçılarına təşəkkürünü bildirib.



14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »