Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, mövcud xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Azərbaycan Mətbuat Şurası, ümumən Azərbaycan jurnalistləri M.Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir.

Hesab edirik ki, xanım Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diqtə etmək iddiasından irəli gəlir. Belə mahiyyət obyektivlik axtarışında olan və bunun üçün peşə borcunu yerinə yetirən azərbaycanlı jurnalistin sualına nalayiq reaksiyanı doğurub.

Azərbaycan Mətbuat Şurası və ölkə jurnalistləri bu qənaətdədir ki, hər bir media təmsilçisi fikirlərini ifadə etməkdə, sualını ünvanlamaqda sərbəstdir. Erməni əsirliyində saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi isə Azərbaycanı düşündürdüyü qədər Rusiyanı və bu ölkənin cəmiyyətini də düşündürməlidir. Azərbaycanlı jurnalist sualını məhz bu ictimai motivi əsas tutaraq ünvanlayıb.

M.Zaxarovanın əslən azərbaycanlı olan Rusiya vətəndaşının taleyinə biganəlik kimi qiymətləndiriləcək düşüncəsi heç bir diplomatik davranış tərzinə və mənəvi normalara uyğun deyildir. Bu, yaxşı halda qeyri-peşəkarlıq və naşılıqdır. Ən böyük qeyri-peşəkarlıq, naşılıq və təəssüf doğuracaq məqam isə xanım diplomatın bir suala cavab kontekstində bütövlükdə Azərbaycan jurnalistikasını hədəf seçməsidir.

Rusiyanın mühüm dövlət qurumunda yüksək vəzifə tutan adam jurnalistlərlə adi ünsiyyəti bacarmalıdır. Onun şəxsi hiss və baxışlarını peşəkar müstəviyə daşıması əsla yolverilməzdir. Nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı durum ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın da maraq dairəsindədir, ölkənin münaqişəyə dair həssaslığı Mariya Zaxarovanın leksikonundakı tonda olmamalıdır.

Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr yüksək səviyyədədir. Rusiya XİN-in mətbuat xidmətinin rəhbərinin azərbaycanlı jurnalistin Dilqəm Əsgərovun taleyi qismində Azərbaycanın haqq işi ilə bağlı sualına münasibətdə ortaya qoyuduğu mövqe ikitərəfli münasibətlərin hazırkı ahənginə də heç cür uyğun deyildir. İstərdik ki, Rusiyanın Xarici İşlər Nazirliyi və digər müvafiq dairələri bütün bunları mütləq qaydada nəzərə alaraq müvafiq ölçü tədbiri götürsün.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »