Mətbuat şurası

Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30

Tərcümeyi-hal / Ələsgərli Müşfiq Məşi oğlu

1973-cü il mart ayının 16-da  Cəlilabad rayonunun Əsədli kəndində anadan olub.

1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2000-ci ildə BDU-nun əyani Aspirantura  şöbəsini bitirib.

1997-ci ildən etibarən ölkənin müxtəlif KİV-lərində fəaliyyət göstərib. 1997-ci ildə “Olaylar” İnformasiya Agentliyində şöbə müdiri, 1998-2001-ci illərdə “Bu gün” qəzetində siyasət şöbəsinin redaktoru, 2002-2003-cü illərdə “Cümhuriyyət” qəzetində araşdırmaçı jurnalist vəzifələrində çalışıb. 2005-ci ildə ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan Milli Komitəsinin layihəsi əsasında “Space” TV-də “Nəyi necə?” proqramının redaktoru olub. 

1997-ci ildə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təsisçilərindən biri, təşkilat sədrinin müavini vəzifəsində çalışıb.  2003-cü ildən bu günə kimi JuHİ-nin sədridir. 

2008-ci ildə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. MŞ sədrinin müavini, MŞ Sosial Komissiyasının sədridir. 

Beynəlxalq Jurnalistlər Federasiyasının (www.ifj.org) Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (www.ifex.org ) üzvüdür. 

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 

Ailəlidir, iki övladı var


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »