Mətbuat şurası

Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30

Mətbuat Şurası sədrinin 29 dekabr 2010-cu il tarixli çıxışı

Bakı şəhəri, "Gülüstan" sarayı, "Jurnalistlərin dostu" mükafatının təqdimat mərasimi

- Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, əziz qonaqlar, sizləri “Jurnalistlərin dostu” mükafatının təqdimatı mərasimində görməkdən məmnunluq duyur, hər birinizə “Xoş gəlmisiniz” deyirik. Bugünkü mərasimimizin əlamətdar günlərə təsadüf etməsi xoş ovqatımıza bayram əhval-ruhiyyəsini də əlavə etmişdir. İcazə verin, sizləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edim, hər birinizə xoş arzularımızı yetirim. 

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi gördüyünüz bu mükafatı 1997-ci ildə təsis etmişdir. Jurnalistlərlə dövlət məmurlarını, ictimai-siyasi xadimləri dostluğa, sıx əməkdaşlığa səsləyən göyərçin onun daimi simvoludur. Dəyişən isə illərə bələdçilik edən rəqəmlərdir. “Jurnalistlərin dostu” mükafatı medianın inkişafında, onun demokratik təsisat kimi formalaşmasında müstəsna xidmətləri olan şəxslərə, ictimai-siyasi və dövlət xadimlərinə verilir. Qaliblər “RUH”un kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında keçirdiyi sorğu vasitəsilə müəyyənləşdirilir. 

Hörmətli mərasim iştirakçıları, bu gün biz buraya 2010-cu ilin qalibini təbrik etməyə toplaşmışıq. Qalibi müəyyən etmək üçün bu il dekabrın 1-dən 20-dək keçirilən sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 13 jurnalist təşkilatı, 11 informasiya agentliyi, 8 xəbər portalı, 7 telekanal, 3 radio və 2 jurnal iştirak etmişdir. Bütövlükdə sorğu 30 minə yaxın media nümayəndəsinin rəyini ümumiləşdirmişdir. Nəticələrə əsasən, mediaya verdiyi dəyərə və bütövlükdə kütləvi informasiya vasitələrinə diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 81 faiz səslə birinci yerə layiq görülmüşdür. İkinci və üçüncü yerləri “Azercell Telekom” MMC-nin prezidenti Əli Ağan, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bölüşüblər. Hər üç qalibi təbrik edirik. 

2010-cu ildə jurnalistikamızın həyatı əlamətdar hadisələrlə zəngin olub. Cənab Prezident, mətbuatımızın 135 illik yubileyi münasibətilə imzaladığınız Sərəncama əsasən Bakıda və bölgələrdə çoxsaylı tədbirlər keçirilmişdir. Təqribən 40 KİV-in hər birinə birdəfəlik yardımlar edilib ki, bunun da ümumi məbləği 1 milyon manata yaxındır. Dövlətimizin başçısının sərəncamları ilə 100-dən çox media təmsilçisi “Əməkdar Jurnalist”, “Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir. İki məsələnin üzərində xüsusilə dayanmaq istərdim. Azərbaycan Mətbuat Şurası müasir tələblərə cavab verən inzibati bina ilə təmin edilmişdir. Jurnalistlərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Prezident Sərəncam imzalamışdır. Bunun sayəsində çoxsaylı media təmsilçiləri yeni mənzillərlə təmin olunacaqlar. Təbiidir ki, bütün bunlar 2010-cu ilin qalibinin seçiminə təsirsiz ötüşə bilməzdi. 

Möhtərəm cənab Prezident, Siz “Jurnalistlərin dostu” müsabiqəsinin yeni qalibisiniz. Media təmsilçilərimiz Sizi həmişə özlərinin dostu biliblər, bu mükafatla isə onu sadəcə olaraq rəsmiləşdiriblər. Təqdimata başlamazdan əvvəl “Jurnalistlərin dostu” mükafatının laureatı ümummilli liderimiz Heydər Əliyevin sözlərini xatırlamaq yerinə düşərdi. Ulu öndər “Jurnalistlərin dostu” mükafatını qəbul edərkən demişdi: “Mən bu mükafatı çox yüksək qiymətləndirirəm. Təbiidir ki, mən çox mükafatlara layiq görülmüşəm. Ancaq bu mükafatın xüsusi yeri var. Çünki aldığım mükafatların əksəriyyəti dövlət mükafatlarıdır. Amma bu, jurnalistlər tərəfindən verilən mükafatdır”. 

Cənab Prezident, əminik ki, Sizə təqdim edəcəyimiz bu mükafat mükafatlar kolleksiyanızda layiqli yerini tutacaq və Siz də daim jurnalistlərin dostu olaraq qalacaqsınız. 

Ənənəmizə görə təqdimatdan sonra qalib özünün media ilə bağlı fikir və mülahizələrini bölüşür. 

Xahiş edirik, cənab Prezident, fəxri kürsüyə buyurasınız.


19
noyabr
MŞ “reket” KİV-lərlə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlayıb

-

ətraflı »
17
noyabr
525-i hədəfləyən «525»

-

ətraflı »
14
noyabr
Nekroloq

Altay Qulam oğlu Zahidov

ətraflı »
14
noyabr
Azərbaycan Mətbuat Şurasının MƏLUMATI

-

ətraflı »
08
noyabr
Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

-

ətraflı »
07
noyabr
Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda konfrans keçiriləcək

-

ətraflı »