Vətəndaş Mustafayev İbrahim Nurməmməd oğlu “Yenicag.az” saytına qarşı - Qərar №3

Qərarın qəbul olunduğu tarix:15 noyabr 2022-ci il.

Şikayətin baxılma tarixi: 19 oktyabr 2022-ci il.

Şikayətin məzmunu:

Vətəndaş Mustafayev İbrahim Nurməmməd oğlu Azərbaycan Mətbuat Şurasına 11 oktyabr 2022-ci il tarixli məktubunda “Yenicag.az” saytında “Türkiyəli iş adamının biznesi çökdürüldü...Nərimanov məhkəməsi sabiq məmura niyə qahmar çıxır?” sərlövhəli məqalənin yayımlandığını, sonradan həmin məqalənin “Pia.az” və “Veteninfo.az” saytlarında da yer aldığını bildirib. Şikayətçi məqalənin birtərəfli qaydada hazırlandığını, oradakı ayrı-ayrı fikirlərdə özünün şəraf və ləyaqətinin, işğüzar nüfuzunun ləkələndiyini, başa çatmamış məhkəmə prosesi haqqında yanlış rəy formalaşdırıldığını vurğulayıb və Mətbuat Şurasından bununla əlaqədar müvafiq tədbir görməyi xahiş edib.

Cavabdehin izahatı:

“Yenicag.az” saytının rəhbərliyi narazılıq doğurmuş yazıda qeyd edilmiş məsələlərlə əlaqədar qarşı tərəfin də mövqeyini yayımlamağa hazır olduğunu, mövcud istiqamətdəki əvvəlki cəhdlərin uğursuzluqla nəticələndiyini bildirib. MŞ Katibliyi şikayətçinin nümayəndəsi ilə cavabdehin təmaslarının yaradılmasını təmin edib. Eyni zamanda hər iki tərəflə fərdi qaydada da söhbət aparılıb. Şikayətçi tərəf “Yenicag.az” saytı rəhbərliyinin qarşı tərəfin mövqeyinin işıqlandırılması ilə bağlı mövqeyini məqbul qiymətləndirib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının rəyini nəzərə alaraq qərara alır:

Qərar

  1. “Yenicag.az” saytı rəhbərliyinin şikayətçi vətəndaş Mustafayev İbrahim Nurməmməd oğlunun mövqeyinin yayımlanmasına hazır olması və bunun Mustafayev İbrahim Nurməmməd oğlunun nümayəndəsi tərəfindən məqbul qiymətləndirilməsi əsas götürülərək, məsələ qapanmış hesab edilsin.

 

İdarə Heyətinin sədri:                                                            Rəşad Məcid

Şikayətlər üzrə Komissiyanın sədri:                                      Vüqar Zifəroğlu

İcraçı katib:                                                                            Əvəz Rüstəmov

 

19.10.2022