MŞ İdarə Heyətinin üzvü Qırğız Respublikasının media qurumlarında görüşlər keçirib

about1

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Qırğız Respublikasının paytaxtı Bişkekdə ölkənin aparıcı media qurumlarında görüşlər keçirib.

Aqil Ələsgər Qırğız Respublikasının dövlət televiziyaları – ELTR TV-nin baş direktoru Erlan Dordurbekov, UKTR telekanalının Xəbərlər departamentinin müdiri Çolpon Şaikova, “Manas” TV-nin direktoru Bülənt Namal, “Manas Radio”nun direktoru Ərdoğan Altun, uzun illər Qırğız Dövlət Xəbər Agentliyinə rəhbərlik etmiş, hazırda “CentralAsianLight” saytının baş redaktoru olan Kuban Abdıman və qardaş ölkənin məşhur telejurnalisti, eyni zamanda, buradakı “Azərbaycanın Dostları” Klubunun prezidenti Assol Moldokmatova ilə görüşüb. Görüşlərdə Azərbaycan, Qırğız Respublikası və Türkiyə arasında qarşılıqlı və üçtərəfli media münasibətlərinin perspektivləri müzakirə olunub.

A.Ələsgər Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı informasiya savaşında yanımızda olan “Manas” TV və eyniadlı radionun rəhbərliyinə “Xarı bülbül” nişanı hədiyyə edib.

24.02.2024