Alqış Musayev

about1

Alqış Musayev,
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiya olunması nəticəsində 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalıb.

1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb.

1997–2008-ci illərdə bu qəzetin baş redaktoru olub.

2021-ci ildə yenidən həmin qəzetin baş redaktoru təyin edilib.

Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı olub.

2005-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.

Evlidir, 2 övladı var.

03.10.2022