Əminə Yusifqızı

Əhmədova Əminə Yusif qızı 1951-ci il iyun ayının 1-də Yevlax şəhərində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib.
1968-1969-cu ildə “Təşəbbüs” (sonrakı adı "Kür") qəzeti nəzdində radio verilişləri redaksiyasında diktor işləyib.
1970–1975-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində təhsili alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK-nın təyinatı ilə Yevlaxda çıxan "Təşəbbüs" qəzetində (sonrakı adı "Kür") jurnalist fəaliyyətinə başlayıb, əvvəlcə ədəbi işçi, sonra şöbə müdiri işləyib.
1990-1995-ci illərdə Yevlax Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.
1991-ci ildən 2023- cü ilə qədər “Kür” qəzetinin redaksiyasında baş redaktor vəzifəsində çalışıb.
Uzun illər Respublika Sevil Qadınlar Məclisinin Yevlax şöbəsinin, 2009-cu ildən 2021-ci ilə qədər isə YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri kimi fəaliyyət göstərib.
2023-2026-cı illərdə Azərbaycan Mətbuat Şurasında Ahıl Jurnalistlər Məclisinin sədr müavini olub.
Respublika mətbuatında uzun illər səmərəli fəaliyyətinə görə "Qızıl qələm" mükafatına (1982), 2 dəfə H.B.Zərdabi adına (1993–2001), Məhsəti Gəncəvi adına (1995) mükafatlarına layiq bilinib. 1991-ci ildə respublikanın əməkdar jurnalisti fəxri adını, 2005-ci ildə "Tərəqqi" medalına layiq görülüb. 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının laureatı olub.
2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.
II Qarabağ Müharibəsində həlak olmuş 67 Yevlaxlı şəhiddən bəhs edən "Zəfər fədailəri" adlı kitabı 2021-ci ildə, "Biz vətən üçün doğulduq" kitabı isə 2022-ci ildə nəşr olunub.
Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.
İki övladı var.