Könül Niftəliyeva

about1

Könül Qüdrət qızı Niftəliyeva 1973-cü ildə Dəvəçi rayonunda (indiki Şabran rayonu) anadan olub.

1990-cı ildə Dəvəçi rayonu 2 nömrəli orta məktəbi gümüş medalla bitirib.

1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub.

1994-cü ildə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb.

2000-ci ildən elmi və pedaqoji fəaliyyətlə məşğuldur.

2008-ci ildə “Müasir Azərbaycan mətbuatının tipologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib,  filologiya üzrə fəlsəfə doktorudur.

2014–2016-cı illərdə Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin koordinatoru, 2016–2021-ci illərdə Jurnalistika fakültəsində tədris işləri üzrə dekan müavini işləyib.

Elmi və pedaqoji fəaliyyəti ilə əlaqədar Böyük Britaniya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyədə keçirilən təlimlərdə və beynəlxalq konfranslarda iştirak edib.

40-dan çox elmi məqalənin, iki kitabın, bir dərs vəsaitinin və 50-yə yaxın publisistik məqalənin müəllifidir.

Hazırda Bakı Dövlət Universiteti Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosentidir.

Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

Ailəlidir, iki övladı var.

21.10.2026