Ayaz Mirzəyev

Ayaz Nizami oğlu Mirzəyev 19 fevral 1983-cü ildə Bakıda anadan olub.
Ayaz Nizami oğlu Mirzəyev (Ayaz Nizamioğlu) Bakıda anadan olub.
1999-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb.
2013-2016-cı illərdə ANS televiziyasında redaktor, şərhçi, aparıcı, Space televiziyasında şərhçi, aparıcı kimi fəaliyyət göstərib.
2016-2018-ci illərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti işləyib.
2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, 2021-2024-cü illərdə Azərbaycan İnvestisiya Holdinqində mətbuat xidmətinin rəhbəri olub.
2012-ci ildən etibarən Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədridir.
2015-ci ildə “Tərəqqi” medalı, 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif olunub.
2021-ci ildə 44 günlük Vətən müharibəsi dövründə cəbhə bölgəsində göstərdiyi peşəkar fəaliyyətinə görə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalına layiq görülüb.
Hazırda Bakı Media Mərkəzində redaktor, ssenari müəllifi vəzifəsində çalışır.
Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.