Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının katibi təltif olunub

about1

Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının katibi, əməkdar jurnalist, Bayraqdar.info saytının baş redaktor müavini Nadir İsmayılovun (Nadir Azəri) 50 yaşı tamam olub. Bu münasibət ilə o, Şuranın diplomu ilə təltif edilib. Jurnalistə diplomu MŞ sədri sədri Rəşad Məcid təqdim edib.

R.Məcid N.İsmayılovun respublikamızın tanınmış, zəhmətkeş jurnalistlərindən olduğunu, uzun müddətdir media sahəsində səmərəli fəaliyyəti ilə seçildiyini vurğulayıb, yubilyar jurnalistə təbriklərini çatdırıb.

MŞ İdarə Heyətinin üzvü, Bayraqdar.info saytının baş redaktoru Azər Həsrət də N.Azərini təbrik etməklə yanaşı, çalışdığı media orqanının ağırlığını daşıdığını, xüsusən, türk dünyası ilə bağlı araşdırma yazılarının maraqla qarşılandığını bildirib.

MŞ-nin icraçı katibi Əvəz Rüstəmovun, icraçı katibin müavini İlqar Tağıyevin çıxışlarında N.Azərinin jurnalist peşəsinə məsuliyyətlə yanaşan media təmsilçilərindən olduğu önə çəkilib.

N.Azəri əməyinə verilən qiymətə, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

27.02.2023