Mətbuat Şurası jurnalist İsmayıl Hacıyevi təltif edib

about1

"İki sahil" qəzetinin baş redaktorunun birinci müavini, respublikanın Əməkdar jurnalisti İsmayıl Hacıyev media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunub.

Bu gün Mətbuat Şurasında yubilyar qələm sahibi ilə görüş keçirilib. İ.Hacıyevə Şuranın təbrik plaketini təqdim edən MŞ sədri Rəşad Məcid onun 33 ildir "İki sahil" qəzetində çalışmasını həm işlədiyi media orqanına, həm də bütövlükdə jurnalist peşəsinə sədaqətinin bariz nümunəsi kimi qiymətləndirib. Şura sədri  İ.Hacıyevə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.

Yubilyar İ.Hacıyev əməyinə verilmiş qiymətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Hacıyev İsmayıl Alış oğlu 1953-cü il mart ayının 12-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1975-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1975-1990-ci illər ərzində respublikada nəşr olunan bir sıra mətbuat orqanlarında çalışıb.

1991-ci ildən “İki sahil” qəzetində Baş redaktorunun birinci müavini vəzifəsində çalışır. Prezidenti İlham Əliyevin 21 iyun 2005-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı, 2010-cu ildə isə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

16.03.2023