Mətbuat Şurası tanınmış jurnalist Hidayət Elvüsalın vəfatı ilə bağlı nekroloq yayıb

about1

Azərbaycan jurnalistikasına ağır itki üz verib. Veteran jurnalist Hidayət Elvüsal vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

1949-cu il iyununun 25-də Kəlbəcərdə anadan olmuş H.Elvüsal Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. O, rayonda çı­xan “Ye­ni­lik” qə­ze­tin­də, yer­li radio ve­ri­liş­ləri re­dak­si­ya­sın­da ça­lış­ıb, Azər­bay­can Döv­lət Radio­su ilə əmək­daş­lıq edib. Jurnalist, həmçinin, müxtəlif illərdə “A­zər­bay­can gənc­lə­ri”, “Xalq qə­ze­ti” (o zamankı “Kom­mu­nist”) və “Ədalət” qə­zet­lə­rin­də də iş­lə­yib. 

Ötən əsrin 90-cı illərinin əvvəllərində böyük populyarlıq qazanmış “Sə­hər” qə­ze­ti­nin ya­ra­dı­cı­la­rın­dan biri olan, nəşrdə baş re­dak­to­run müa­vi­ni kimi fəaliyyət göstərən H.Elvüsal “Be­lə-belə iş­lər” və “Kri­mi­nal” qəzetlərinə də rəhbərlik edib, döv­ri mət­buat­da oçerk­lə­ri, mü­sa­hibə və re­por­taj­la­rı, he­kayə və po­vest­ləri ilə tanınıb. “Be­lə-belə iş­lər” rub­ri­kası ilə dərc edilmiş say­sız-he­sab­sız ya­zı­ları ona cəmiyyətdə böyük populyarlıq qazandırıb. 

H.Elvüsal peşəyə xüsusi ahəng gətirən ifadə tərzi, milli mətbuatımızın ənənələrinə sadiqlik ruhu,  hadisə və proseslərə məxsusi yanaşması ilə seçilib. Onun vəfatından kədərimizi və üzüntümüzü bildirir, mərhumun doğmalarına və əzizlərinə, qədirbilən həmkar və dostlarına səbr və təmkin diləyirik.

Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti

08.09.2024