Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi

about1

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu Prezident İlham Əliyevin 22 iyul 2026-cı il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Şuranın İdarə Heyətinin üzvləri bu münasibətlə Rauf bəyi təbrik edir, ona yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırlar. 

Qeyd edək ki, sabah Rauf Arifoğlunun 60 yaşı tamam olur. MŞ İdarə Heyətinin üzvləri bu yubiley münasibəti ilə də ona təbriklərini, xoş arzu və diləklərini çatdırır, Prezident İlham Əliyevə jurnalistin fəaliyyətinə verdiyi ali dəyərə görə təşəkkürlərini bildirir, R.Arifoğlunun 22 iyul Milli Mətbuat Gününə təsadüf edən yüksək təltifini, Azərbaycan dövlətinin mediaya həssas münasibətinin növbəti nümunəsi kimi qiymətləndirirlər. 

22.07.2026