Rauf Arifoğlu

about1

Rauf Arifoğlu
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Rauf Arif oğlu Abbasov 23 iyul 1966-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb.

1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitutunu mühəndis texnoloq ixtisası üzrə, 1994–1996-cı illərdə isə Qərb Universitetinin Dünya siyasəti və iqtisadiyyatı fakültəsini politoloq ixtisası üzrə bitirib.

1989-cu ilin sonlarında qeyri-formal olaraq "Birlik dərgisi"ni çap etdirib. 1989-cu ilin 10 noyabrında isə "Yeni Müsavat" qəzetinin əsasını qoyub.

1993-cü ilin yanvar ayında "Cümhuriyət" qəzetini də yaradıb. “Yeni Turan” qəzeti və “Dünya” juranlı da onun həmin illərdə qurduğu kütləvi informasiya vasitələrindəndir

2011-ci ildə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına layiq görülüb.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən jurnalistika sahəsində fəaliyyətlərinə görə 2015-ci ilin 22 iyulunda Əməkdar jurnalist fəxri adı ilə mükafatlandırılıb. Prezidentin daha bir sərəncamı ilə 2019-cu ilin 27 may tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunub.

27 iyul 2016-cı ildə "Mirzə Cəlil" Ali Media Mükafatı ilə təltif edilib.

2017-ci ilin iyul ayında Güney Azərbaycan Konqresi tərəfindən Seyid Cəfər Pişəvəri mükafatına layiq görülüb.

22 iyul 2020-ci ildə Avropa Azərbaycanlıları Konqresi tərəfindən "Xatirə medalı" ilə tətif edilib.

Ailəlidir, 3 övladı var.  

01.10.2022