Mətbuat Şurasında Türkiyənin media mənsubları ilə görüş keçirilib

about1

Bu gün Türkiyə Qəzetəcilər Federasyonunun rəhbəri Yılmaz Karacanın başçılığı ilə respublikamızda səfərdə olan qardaş ölkənin media mənsublarından ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.

Qonaqları salamlayan MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun Türkiyədəki media orqanları və təşkilatları ilə sıx əlaqələrindən söz açıb. Bu əlaqələrin türk dünyası üçün nümunəvi xarakter daşıdığını vurğulayan R.Məcid əlavə edib ki, qarşılıqlı iş birliyinin güclənməsi ortaq həqiqətlərimizin dünyaya təbliği baxımından mühüm əhəmiyyət daşımaqdadır. O, həmçinin Türkiyənin qabaqcıl media təcrübəsinin ölkəmizdə tətbiqinin də müstəsna önəm kəsb etdiyini deyib.

Görüşdə Azərbaycan-Türkiyə media əməkdaşlığının hazırkı durumu, perspektiv hədəfləri barədə geniş fikir mübadiləsi aparılıb, mövcud sahədəki çatışmazlıqlara diqqət yetirilib, qazanılmış uğurların gələcək nailiyyətlər üçün baza olduğuna əminlik ifadə olunub.

Toplantıda, həmçinin, MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli və qurumun icraçı katibi Əvəz Rüstəmov qonaqları Şuranın iş prinsiplərindəki spesifik məqamlarla tanış edib, sualları cavablandırıblar.

14.09.2023