Sosial mediada və rəqəmsal mühitdə tənzimləmə: Qanuna dəyişiklik nə vəd edir?

about1

Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının şərhi

Sosial media məkanının, rəqəmsal platformanın ölkəmizin qanunvericiliyində təmsilçilik faizi bir o qədər yüksək deyil. Hərçənd, mövcud sahədə xarici təcrübə var və daim yenilənməkdə və təkmilləşməkdə olan həmin təcrübənin ölkəmizdə tətbiqinə yönələn əməli fəaliyyət gerçəkləşdirilir. 

Bu baxımdan “Reklam haqqında” qanuna bir neçə gün əvvəlki dəyişikliyin də zamanın tələbidir. Nəzərə alaq ki, dəyişiklik, ümumən, sosial media sahəsində hüquqi tənzimlənmənin vacib komponenti kimi diqqət çəkməkdədir və heç şübhəsiz, bu, yeni dövrün məsuliyyət kateqoriyalarının həm müəyyənləşməsinə, həm də dəqiqləşməsinə kömək göstərəcək.

Dəyişikliyə əsasən sosial media müstəvisindəki informasiya yayıcılığında yanlış təsəvvür yaratma cəhdlərinin qarşısı alınacaq. Onu da nəzərə alaq ki, bir çox ekspertlər mövcud məkandakı mənfi təmayüllərin, o cümlədən ayrı-ayrı şəxslərin əməllərinin dələduzluq kimi qiymətləndirilməyə əsas verdiyini vurğulayır, belə neqativ halların ayrı-ayrı insanların həyatına mənfi təsir göstərdiyini önə çəkirlər.

Həmçinin, sosial media müstəvisində və rəqamsal mühitdə şəffaflıq parametrlərinin dərinləşməsi, müvafiq olaraq, manipulyasiyaların aradan qalxması sivil cəmiyyət quruculuğu baxımından son dərəcə vacibdir ki, “Reklam haqqında” Qanuna dəyişikliyin bu məsələnin də həllinə töhfə baxımından mühüm önəm daşıyacağı birmənalıdır.

23.05.2025